"Mən bir çox klubla danışmışam" "Zirə"nin oyunçusunun agenti

"Zirə"nin oyunçusu Salifu Sumanın agenti Yusef Mussaid nigeriya futbolçu ilə Moskvanın "Spartak" klubunun maraqlandığına dair xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, o, Rusiyanın "Matç TV" kanalına açıqlamasında Moskva klubu ilə hər hansı danışıqları olmadığını deyib.

"Spartak"dan heç kim mənə zəng etməyib. Mən bir çox klubla danışmışam, amma "Spartak"la deyil".

Suma bu mövsüm bütün turnirlərdə 24 oyunda 6 qol vurub, 4 qolun ötürməsini edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right