Azərbaycan çempionatı: 21 qolla bombardir

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin cavab oyunları öncəsi bombardirlər müəyyənləşib. Newsport.az xəbər verir ki, “Göyçə”nin oyunçusu Tural Adığözəlov yarışa başçılıq edir.

O, cari mövsüm 21 qola imza atıb. Adığözəlovu 19 qolla 3 oyunçu izləyir. Bunlar Təmkin Xəlilzadə (“Birbaşa Bakı”), Kamran Qürbətov və Rəvan Kərimovdu (hər ikisi “Zirə”). Elvin Əlizadənin (“Birbaşa Bakı”) isə aktivində 17 qol var.

Qeyd edək ki, Azərbaycan çempionatında 1/4 final mərhələsinin cavab oyunları bu gün təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right