"Neftçi” Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində əzəli rəqibi "Xəzər Lənkəran”la üz-üzə gələcək.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisinin yarımmüdafiəçisi Kaue da Silva "Böyük oyun"la bağlı fikirlərini klub saytı ilə bölüşüb.
Braziliyalı futbolçu Lənkərandakı uzun müddətli qələbəsizlik seriyasına son qoymağa çalışacaqlarını bildirib: "Heyətlə bağlı problemlərimiz var. Araz və Anyete zədəli, Ruslan isə cəzalıdır. Lakin inanıram ki, onların əvəzinə meydana çıxan futbolçular ümidləri doğruldacaqlar. Çalışacağıq ki, Lənkərandakı uzun müddətli qələbəsizlik seriyasına son qoyaq”.
Xatırladaq ki, noyabrın 22-də "Xəzər Lənkəran” mərkəzi stadionunda keçiriləcək.