Səmədov: AFFA-dan zəng gəldi, amma...

“AFFA-dan zəng gəldi, amma mən Rusiya millisində oynamaq qərarı verdim”. Newsport.az xəbər verir ki, bunu Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov deyib.

O, “RB Sport”a açıqlamasında vaxtilə Azərbaycan millisini seçmədiyi üçün peşman olmadığını bildirib: “Təklif çoxdan olmuşdu, təfərrüatları heç xatırlamıram. Rusiya millisi ilə iki dünya çempionatında, Avropa çempionatında və Konfederasiyalar Kubokunda iştirak etdim. Bunu yalnız xəyal edə bilərsiniz. Qərarımdan necə peşman ola bilərəm? Mən Rusiyada doğulmuşam”.

Qeyd edək ki, Aleksandr Səmədov 2011-2018-ci illərdə Rusiya millisinin şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right