Elxan Məmmədovdan Rusiya futboluna dəstək mesajı

FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov bu gün Rusiya Futbol İttifaqının (RFİ) növbədənkənar konfransında çıxış edib.

Newsport.az xəbər verir ki, bu haqda "Sport-ekspress" nəşri məumat yayıb.

Məmmədov çıxışında bildirib: "Hər kəsi FİFA adından salamlayıram. Konfransda iştirak etməkdən məmnunam. Fürsətdən istifadə edərək FİFA prezidenti İnfantinonun səmimi salamlarını çatdırmaq istərdim. FİFA və RFİ müxtəlif inkişaf proqramlarını həyata keçirərək səmərəli əməkdaşlığı davam etdirir".

Tədbirdən sonra keçirilən mətbuat konfransında E.Məmmədov deyib ki, o, Rusiya futbolunun tezliklə dünya arenasına qayıtmasını arzulayır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi hücumundan sonra - 2022-ci ilin fevralında Rusiyanın milli və klub komandaları bütün beynəlxalq yarışlarıdan kənarlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right