Milllinin yeni baş məşqçisi Qurban Qurbanovun yanında təcrübə keçib

Xəbər verdiyimiz kimi, bugünlərdə Qazaxıstanın futbol üzrə milli komandasının baş məşqçi vəzifəsində dəyişiklik olub. 44 yaşlı Əli Əliyev millinin baş məşqçisi vəzifəsini əvəzləyən təyin olunub. O, bu vəzifədə rusiyalı Stanislav Çerçesovu əvəz edib.

Qazaxıstanlı mütəxəssis müxtəlif vaxtlarda ölkəsinin “Kızıljar”, “Şaxtyor”, “Astana” (gənclər), “Jenis” komandalarında işləyib.

Newsport.az qaynarinfo saytına istinadən xəbər verir ki, Ə.Əliyevlə  "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında bağlılıq var.

Əliyev UEFA-nın PRO kateqoriyasına yiyələnməzdən öncə "Qarabağ”ın düşərgəsində olub, Qurban Qurbanovun yanında təcrübə də keçib. O,  "Olimpik Marsel”lə Bakıda keçirilən oyunu (2022-ci il, fevral) da canlı izləmişdi. Həmin qarşılaşmada isə Qurban Qurbanov bütün dünyaya "fair-play” nümunəsi göstərmişdi.

Əli Əliyev həmin vaxt "Qarabağ”a yaratdığı şəraitə görə təşəkkür etmiş, Bakıda gördüklərindən çox razı qaldığını bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right