“Zirə”nin hücumçusu Kiyev “Dinamo”suna keçir

“Zirə”nin futbolçusu Salifu Suma Ukraynaya köçür. Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, qvineyalı hücumçu Kiyev “Dinamo”suna keçməyə yaxındı.

Məlumatda bildirilib ki, 21 yaşlı oyunçu Ukrayna Premyer Liqasında çıxış edən başqa klubun da maraq dairəsindədi. Lakin “Dinamo” onu almağa yaxındı. Futbolçu menecerlər tərəfindən kluba təklif olunub. Transfer “Zirə”yə təxminən 800 min – 1 milyon avro aralığında pul qazandıracaq.

Qeyd edək ki, 2023-cü ilin yayında “Havr”dan “Zirə”yə keçən Suma cari mövsümün 23 oyununda 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right