Alvaro Morata "Qalatasaray"da Rəsmi

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbun nəhəngi "Milan"dan Alvaro Moratanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray"ın açıqlamasında ispan forvardın icarəyə götürülməsi ilə bağlı İtaliya klubu ilə danışıqlara başlanıldığı qeyd olunub.  32 yaşlı hücumçu bu gün İstanbula gedərək rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, "Milan" Alvaro Moratanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 6 qol və 2 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right