Bu gün Misli Premyer Liqasında 21-ci tur yekunlaşıb.
Newsport.az xəbər verir ki, 3-cü oyun günündə 1 matç keçirilib. Son çempion "Qarabağ" "Zirə"nin qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Ötən turda "Turan Tovuz"a məğlub olan Ağdam təmsilçisi bugünkü matçda 2:0 hesablı üstünlüyü qoruya bilməyib. Bakı təmsilçisi geridönüş edərək 3 qol vurub və sonda qələbə qazanıb.
Hazırda turnir cədvəlində "Qarabağ" 50 xalla liderdir, "Zirə" isə 39 xalla 3-cüdür.
Bu komandalar arasında 1-ci dövrənin oyununda "Qarabağ" 3:1 hesablı qələbə qazanıb. 2-ci dövrənin görüşündə isə Qurban Qurbanovun komandası Rəşad Sadıqovun kollektivini darmadağın edib - 4:0.
2 fevral
19:00. “Zirə” – “Qarabağ” - 3:2
Qol: Aleksey Kaşuk, 20 (0:1), Patrik Andrade, 42 (0:2), Salifu Suma, 56 (1:2), 67 (2:2), Davit Volkov, 90
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev
VAR: Rauf Cabbarov
AVAR: Pərvin Talıbov
Zirə İdman Kompleksinin stadionu