“Mingəçevir” ev oyunlarını Zaqatalada keçirəcək

"Mingəçevir” 1-ci Liqada növbəti ev oyunlarını Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.

Newsport.az xəbər verir ki, bu barədə bölgə təmilçisinin mətbuat xidməti məlumat yayıb.

Buna Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təmir və yenidənqurma işlərinin aparılması səbəb olub. “Mingəçevir” Futbol Klubunun müraciəti, Peşəkar Futbol Liqasının qərarı ilə təmir və yenidənqurma işləri başa çatana qədər Füzuli Məmmədovun rəhbərlik etdiyi komanda ev oyunlarını Zaqatalada keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right