Bu gün Misli Premyer Liqasında 21-ci turun daha iki oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, əvvəlcə “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə bitib.
Günün ikinci matçında isə “Sumqayıt” doğma divarlar arasında “Araz-Naxçıvan”la üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Beləliklə, turnir cədvəlində "Sumqayıt" xalını 22-ə çatdıraraq 6-cı yerdə möhkəmlənib. "Araz-Naxçıvan" isə 43 xalla 2-ci yerdədir.
Qeyd edək ki, tura sabah Zirədə yekun vurulacaq.
Misli Premyer Liqası
21-ci tur
1 fevral
18:30. “Sumqayıt” - “Araz-Naxçıvan” - 0:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu