“Turan Tovuz” "Səbail"lə bərabərə qaldı Yenilənib

Misli Premyer Liqasında 21-ci tur davam edir. 

Newsport.az-ın məlumatına görə, bu gün daha iki matçdan 1-i keçirilib. 

Günün ilk oyununda “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, "Turan Tovuz" 36 xalla 4-cü yerdə, "Səbail" isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb. 

Qeyd edək ki, günün ikinci oyununda “Sumqayıt” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. 

Misli Premyer Liqası

21-ci tur

1 fevral

16:00. “Turan Tovuz” - “Səbail” - 1:1

Qol: Alexandro Serrano, 29 (1:0), Madi Queta, 82 (1:1)
Qırmızı vərəqə: Kauan Martins, 45+3 ("Turan Tovuz")
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right