“Qalatasaray” və “Fənərbaxça”nın rəqibi bəlli oldu

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
 
Newsport.az xəbər verir ki, Türkiyə təmsilçilərindən “Qalatasaray” Niderland təmsilçisi “AZ Alkmaar”a rəqib olub.
 
“Fənərbaxça” isə “Anderlext”lə üz-üzə gələcək. 
 
UEFA Avropa Liqası
Pley-off mərhələsi
 
"Tvente" (Niderland) - “Budyo Qlimt” (Norveç)
"Fənərbağça" (Türkiyə) - “Anderlext” (Belçika)
“Yunion” (Belçika) - "Ayaks" (Niderland)
PAOK (Yunanıstan) - FCSB (Rumıniya)
AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)
“Midtyullann” (Danimarka) - "Real Sosyedad" (İspaniya)
“Ferentsvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)
"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)
 
Qeyd edək ki, bu raundun oyunları fevralın 13-də və 20-də keçiriləcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right