Koxalski 29 qurtarış edib

“Qarabağ”ın üzvü Mateuş Koxalski UEFA Avropa Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçıların siyahısında qərarlaşıb. Bu, UEFA-nın rəsmi saytındakı statistik göstəricilərdə göstərilib.

24 yaşlı qolkiper 29 qurtarışla yadda qalıb. Polşalı bu göstəriciyə görə beşinci pillədə qərarlaşıb. Birinci sırada “Elfsborq”un (İsveç) “çərçivə qoruyucusu” İsak Pettersson yer alıb.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsini 3 xalla sonuncu – 36-cı pillədə başa vurub. “Köhlən atlar” 6 qol vurub, qapısında 20 top görüb. Mateuş Koxalski 8 matçın 6-da iştirak edib, digər 2 görüşdə isə Fabian Buntiç oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right