Bu gün Misli Premyer Liqasında 21-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Kəpəz" "Sabah"ı qəbul edib. Matç gəncəlilərin 3:2 hesablı qələbəsi ilə bitib.
2-ci görüşdə isə "Neftçi" evdə "Şamaxı" ilə qarşılaşıb. Oyun Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, turnir cədvəlində "Neftçi" 21 xalla 7-ci, "Şamaxı" isə 17 xalla 9-cu yerdə qərarlaşıb.
31 yanvar
18:30. “Neftçi” – “Şamaxı” - 1:0
Qol: Emin Mahmudov, 45+4 - pen.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
"Neftçi Arena"