"Kəpəz" "Sabah"a qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 21-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 2 matçdan 1-i keçirilib. Əvvəlcə "Kəpəz" "Sabah"ı qəbul edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, turnir cədvəlində Gəncə təmsilçisi 17 xalla 8-ci yerə yüksəlib. "Sabah" isə 28 xalla 5-cidir. 

Bu gün həmçinin "Neftçi" - "Şamaxı" qarşılaşması da keçiriləcək.

31 yanvar

16:00. “Kəpəz” – “Sabah” - 3:2 

Qollar: Pavol Şavranko, 6-pen. (0:1), Mahamadu Ba, 11 (1:1), Cessi Sekidika, 45+4 (1:2), Əli Səmədov, 54 (2:2), Rauf Hüseynli, 64-pen. (3:2)

Qırmızı vərəqə: İqor Noqeyra, 62 ("Sabah")

Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Namik Hüseynov

Tovuz şəhər stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right