Tofiq Bəhramovun 100 illik yubileyi münasibətilə yoldaşlıq matçı keçirilib

Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illik yubileyi münasibətilə yoldaşlıq matçı təşkil edilib.

Newsport.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

Oyunda futbol veteranları və idman jurnalistləri üz-üzə gəliblər.

Görüşdən əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra mərhum hakimin və Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Matç futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right