"Qarabağ" klubu cərimələnib

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2000 manat cərimələyib.

Newsport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Ağdam təmsilçisi Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"a uduzduğu matçdan sonra AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyi üçün ziyana düşüb.

"Neftçi" klubu isə "Liv Bona Dea Arena"da qırılmış 17 oturacağa görə dəymiş zərəri "Araz-Naxçıvan"a ödəməli olacaq. "Ağ-qaralar"ın azarkeşləri həmin stadionda Naxçıvan komandasına 1:2 hesabı ilə uduzduqları matçda oturacaqları sındırıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right