Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Xəzər Lənkəran”ın qonağı olacaq "Neftçi” kapitanı Araz Abdullayevdən gələn xəbərlə üzülüb.
Newsport.az saytının məlumatına görə, Araz "böyük oyun”da komandasına kömək edə bilməyəcək.AzərbaycanPremyer Liqasının VI turunda "Qarabağ”la səfər matçında zədə alan futbolçu yüngül məşqlərlə kifayətlənsə də, tam şəklildə komandaya kömək edə bilmir. Bizdə olan bilgiyə görə, Araz Topaz Premyer Liqasının XIV turu üçün hazır olacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran” – "Neftçi” matçı noyabrın 22-si saat 18:00-da başlayacaq.