"Zirə"də ciddi itki 3-4 ay oynamayacaq

"Zirə"nin heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, klubun mətbuat xidmətindən Sportal.az saytına verilən məlumata görə, "qartallar"ın yarımmüdafiəçisi Yusuf Laval sıradan çıxıb. Nigeriyalı futbolçu Premyer Liqanın 20-ci turunun "Şamaxı" ilə səfər matçında (2:1) zədələnib.

Lavalın zədəsi ciddidir. 26 yaşlı oyunçu əməliyyat olunacaq. O, təxminən 3-4 ay yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Yusuf Laval ötən ilin sentyabr ayından "Zirə"də çıxış edir. Yarımmüdafiəçi qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right