Afrika Millətlər Kubokunun püşkü: 24 yığma, 6 qrup

2025-ci il Afrika Millətlər Kubokunun əsas mərhələsinin püşkatma mərasimi baş tutub. Newsport.az xəbər verir ki, Mərakeşin Rabat şəhərində reallaşan püşkatma nəticəsində 24 yığma komanda 6 qrup üzrə bölünüb.

Qrupları təqdim edirik:

A qrupu: Mərakeş, Mali, Zambiya, Komor adaları

B qrupu: Misir, Cənubi Afrika, Anqola, Zimbabve

C qrupu: Nigeriya, Tunis, Uqanda, Tanzaniya

D qrupu: Seneqal, Konq, Benin, Botsvana

E qrupu: Əlcəzair, Burkina Faso, Ekvatorial Qvineya, Sudan

F qrupu: Fil Dişi Sahili, Qabon, Kamerun, Mozambik

Qeyd edək ki, yarış 2025-ci il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right