Qriqorçukun taleyinə dekabrda aydınlıq gələcək!

Adı Ukrayna millisinin ətrafında hallanan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun taleyinə dekabrda aydınlıq gələcək.

Newsport.az-ın məlumatına görə, məhz gələn ay AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanan "xoxollar"ı bu turnirdə kimin çalışdıracağı müəyyənləşəcək.
 
Ukrayna Futbol Federasiyasının Milli Komandalar Komitəsinin sədr müavini Semyon Altman "football24.ua"ya açıqlamasında hər şeyə gələn ay keçiriləcək İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcəyini deyib: "Belə anlarda tələsmək lazım deyil. Milli hələ yenicə Avropa Çempionatına vəsiqəni təmin edib, vətənə qayıdıb. Federasiya prezidenti Andrey Pavelkonun fikri ilə razıyam. Bu işdə çox sakit tərzdə və hərtərəfli düşünürək qərar qəbul etmək lazımdır. Dekabrı, İcraiyyə Komitəsinin iclasını gözləyin".
 
Qeyd edək ki, millinin hazırkı baş məşqçisi Mixail Fomenkonun müqaviləsinin müddəti bu ilin sonunda bitir. Elə hər şeyi qızışdıran amil də məhz budur. Üstəlik, Ukrayna yığmasının sabiq futbolçusu Artyom Milevskinin yerli mətbuata "əsas namizəd Andrey Şevçenkodur" deməsi də fikir ayrılığına səbəb olmuşdu. 
 
Xatırldaq ki, hələ pley-off oyunlarından öncə Ukrayna mətbuatı federasiyadan olan mənbəyə istinadən xəbər vermişdi ki, Ukrayna AÇ-yə vəsiqə qazansa Fomenko postunda qalacaq. Artıq "sarı-göylər" Fransaya yollanacağını rəsmiləşdirib. Deməli, aralarınds Qriqorçukun da olduğu namizədlər bir qədər də gözləməli olacaq. Nəzərə alaq ki, Ukrayna millisinin tarixi ərzində qələbə faizi ən yüksək olan məqşçi də elə Fomenkodur...





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right