Misli Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş “Sabah” – “Sumqayıt” (0:0) qarşılaşması "Sumqayıt"ın futbolçusu Nadir Orucov üçün əlamətdar olub.
Newsport.az-ın məlumatına görə, "kimyaçılar"ın akademiyasının yetirməsi olan Orucov Premyer Liqada debüt oyununa çıxıb.
Qeyd edək ki, Nadir bu uğura 18 yaş 21 günlüyündə nail olub.