"Turan Tovuz" "Qarabağ"ı məğlub etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, sonuncu - 3-cü oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edəcək.

Digər oyunda isə son çempion "Qarabağ" evdə "Turan Tovuz"la üz-üzə gələcək. Bu qarşılaşma saat 18:30-da start götürəcək.

Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 50 xalla 1-ci, Tovuz klubu isə 32 xalla 4-cüdür.

Bu komandalar arasında 1-ci dövrənin oyununda "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. 2-ci dövrənin matçında isə 0:0 hesablı heç-heçə qeydə alınıb.

26 yanvar (bazar)

18:30. “Qarabağ” – “Turan Tovuz” 1:2

Qol: Musa Qurbanlı, 7 (1:0), Kauan Martins, 90 (1:1), Otto Con, 90+4 (1:2)

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

T.Bəhramov adına Respublika Stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right