"Araz-Naxçıvan" "Neftçi"ni məğlub etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, sonuncu - 3-cü oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq. 

Hazırda turnir cədvəlində "Araz-Naxçıvan" 39 xalla 2-ci, "Neftçi" isə 18 xalla 7-cidir.

Bu komandalar arasında 1-ci dövrənin oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb. 2-ci dövrənin matçında isə Naxçıvan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 20-ci tura bu gün keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyunu ilə yekun vurulacaq.

26 yanvar (bazar)

16:00. “Araz-Naxçıvan” – “Neftçi” - 2:1 (İkinci hissə)

Qol: Vanderson Melo, 29 (1:0), Ramon Maçado, 64 (2:0), Filip Ozobiç, 67 (2:1)

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

“Liv Bona Dea Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right