"Neftçi" "Araz-Naxçıvan"la matça itkilərlə çıxacaq

"Neftçi"nin Misli Premyer Liqasının 20-ci turunda qarşılaşacağı “Araz-Naxçıvan” klubu ilə matçın hazırlığı yekunlaşıb.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.

Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ötən görüşdə olduğu kimi, bu matçı da zədə səbəbindən buraxacaqlar.

Qeyd edək ki, yanvarın 26-sı “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right