"Səbail" qalib oldu, "Kəpəz" sonuncu yerə endi Yenilənib

Misli Premyer Liqasında 20-ci tur davam edir. 

Newsport.az-ın məlumatına görə, bu günə nəzərdə tutulan 2 matçdan artıq 1-i keçirilib.

Günün ilk oyununda autsayderlər üz-üzə gəlib. “Səbail” öz meydanında “Kəpəz”i qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Səbail" bu qələbədən sonra turnir cədvəlində 15 xalla 9-cu yerə yüksəlib. "Kəpəz" isə 14 xalla 10-cu yerdə qərarlaşıb. 

Günün ikinci matçında “Sabah” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. 

Misli Premyer Liqası

20-ci tur

25 yanvar

16:00. “Səbail” - “Kəpəz” - 1:0

Qol: Madi Queta, 11 (1:0)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev

VAR: Tural Qurbanov

AVAR: Elşad Abdullayev

“ASCO Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right