Bu gün Misli Premyer Liqasında 20-ci turun daha iki matçı keçirilib.
Newsport.az-ın məlumatına görə, günün ikinci görüşündə “Sabah” öz meydanında “Sumqayıt”ı sınağa çəkib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Beləliklə, “Sabah” 20 turdan sonra 28 xalla beşinci, “Sumqayıt” isə 21 xalla altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.
Misli Premyer Liqası
20-ci tur
25 yanvar
18:30. “Sabah” - “Sumqayıt” - 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
“Bank Respublika Arena”