"İnter”in futbolçusu Laşa Salukvadze FİFA-ya müraciət edib.
Newsport.az-ın məlumatına görə, o, sabiq klubu "Volqa”dan FİFA-ya şikayət edib. Gürcüstanlı müdafiəçi "Volqa”da oynadığı vaxt ona ödənməli olan pulu ala bilmədiyi üçün ali futbol qurumuna üz tutub.
Futbolçu barədə Rusiya mətbuatına açıqlama verib: "Artıq 4 ildir borclarımı ala bilmirəm.Buna görə də FİFA-ya müraciət etməli oldum. Hələ də borclarımı ala bilməmişəm. Klubun hansı qərar verəcəyini gözləyirəm. Bütün sənədlər mənimxeyrimədi.”