“Şamaxı”da daha bir ayrılıq

“Şamaxı”da daha bir futbolçu ilə bağlı qərar verilib. Newsport.az xəbər verir ki, yarımmüdafiəçi Emin Zamanovla yollar ayrılıb.

Klubun mətbuat xidməti onunla müqaviləyə qarşılıqlı razılıqla xitam verildiyini açıqlayıb.

2023-cü ilin yanvarından “Şamaxı”da çıxış edən Zamanov ötən mövsüm bölgə klubu ilə I Liqa çempionluğu yaşayıb, “Şamaxı” forması altında ümumilikdə 18 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right