“Qarabağ”ın sabah UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Rumıniyanın FKSB klubuna qarşı keçirəcəyi matçda 1 dəqiqəlik sükut olacaq.
Bu barədə Newsport.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, sabahkı matçda klubun bir neçə gün öncə Dubayda vəfat edən fəxri-prezidenti və sahibi Abdolbari Gözəl yad olunacaq.
Həmçinin futbolçular meydana qara sarğı ilə çıxacaqlar.