“Qarabağ”ın rəqibi Bakıya itki ilə gəlib

Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”la üz-üzə gələcək FCSB artıq Bakıdadı. Newsport.az xəbər verir ki, Rumıniya təmsilçisi paytaxtımıza tam heyətlə gəlməyib.

Belə ki, zədədən sonra yaşıl meydanlara qayıdacağı gözlənilən Vlad Çiriçeş Azərbaycana gətirilməyib. Bakıya gələn heyətə 22 futbolçu daxil edilib.

FCSB turnir üçün sifariş olunmayan Lukas Zima, Yuri Çizotti və Aleks Stoyanı da Bakıya gətirməyə lüzum görməyib.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right