"Neftçi"nin legioneri: "Bu cür böyük komandada qol vurmaq qürurdur"

"Neftçi"nin futbolçusu Andrey Ştoqrin Misli Premyer Liqanın 19-cu turunda "Sabah"la görüşdən sonra (1:1) sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, "Neftçi"nin bərabərlik qolunun müəllifi olan ukraynalı "Neftçi TV"yə danışıb:

"Qış fasiləsindən sonra oyuna qoşulmaq çətin olur. Düşünürəm ki, komanda şəklində yaxşı çıxış edə bildik. Növbəti oyunlara köklənəcəyik. “Neftçi” kimi böyük komandada qol vurmaq qürurdur. Ümid edirəm ki, gələcək matçlarda da qollarla azarkeşlərimizi sevindirə biləcəm. Yaxşı toplanış keçmişik, yavaş-yavaş hər kəs bunu görəcək. Bir az bəxt amili çatışmır. Növbəti oyunlarda qələbələrimiz çox olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right