Vasili Berezutski: "Çox istəyərdik ki, bütün mövqelərə oyunçu transfer edək"

"Oyun ərzində bir az üstünlüyümüz var idi. Amma təəssüf ki, qalib gələ bilmədik. Daha da artırmağa çalışacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 19-cu turunun “Neftçi” ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Elvin Camalov o qədər pis durumdadır ki, onun əvəzinə mərkəz müdafiəçisi həmin mövqedə oynayırdı?

- Bu gün Sofian Çakla tapşırdığımız mövqedə çox xoşuma gəldi. Mövqe seçimi, bu zonadakı hərəkətliliyini bəyəndim. İstədiklərimizi həyata keçirdi. Elvin hələik hazır deyil.

- Düşünmürsüz ki, komandanın zəif nöqtəsi yarımmüdafiə xəttidir və transferlər o zona üçün ediləcək?

- Həm qış, həm də yayda skautlarımız işləyirlər. Axtarışlarımız var. Çox istəyərdik ki, bütün mövqelərə oyunçu transfer edək. Bununla rəqabəti artıraq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right