Misli Premyer Liqasının 19-cu turunda “Araz-Naxçıvan”la oyundan əvvəl “Zirə”nin qapıçısı Aydın Bayramova simvolik olaraq “100” yazılmış forma təqdim edilib.
Newsport.az-ın məlumatına görə, formanı qolkiperə “Zirə” PFK-nın icraçı direktoru Cahangir Məmmədov təqdim edib.