"Qarabağ" gerilədi, "Zirə" və "Sabah" vəziyyətini yaxşılaşdırdı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının son bir il üçün reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 700 klubun yer aldığı siyahıda Azərbaycan Premyer Liqasının dörd komandası yer alıb: “Qarabağ”, “Zirə”, “Sabah” və “Turan-Tovuz”.

Yenilənmiş reytinqə əsasən, “Qarabağ” 168,75 xalla 67-ci yerdən 81-ci yerə enib. Ağdam təmsilçisini “Gent” və “Kolo-Kolo” (hər biri 169)  cədvəldə qabaqlayıb. Azərbaycan çempionunu isə daha aşğı pillədə “Bodo-Qlimt” (167) izləyir. 

“Zirə” isə 2019-cu pillədən 208-ci pilləyə yüksəlib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv “Universitario”(99,5) ilə eyni xaldadır. “Sabah” öz mövqeyini yaxşılaşdıraraq, 400-cü yerdə (62,25) dörd klubla eyni mövqeni bölüşməklə yanaşı, “Pumas”(Meksika) və “Raja Kasablanka”(Mərakeş) (hər ikisi 62,5) aşağı olmaqla, Fransanın “Reyms”, Belçikanın “Vesterlo” kimi bir sıra komandalarını qabaqlayıb. 

“Turan-Tovuz” da bir sıra klublarla (hər biri 53,75) bölüşdüyü 496-cı yerdən 494-cü yerə yüksələrək irəliləyib. Berdiyevin komandası San-Marinonun “Virtus”, Niderlandın “Heerenveen” klublarından geridədir. Ancaq tovuzlular Hondurasın “Marafon” klubunu (54) qabaqlayıb.

Ötən ilin ən yaxşı klubu “Real”dır (Madrid)(441 xal).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right