Bu gün Misli Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, 3-cü oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başlayıb. Hazırda Qərb derbisi oynanılır.
"Kəpəz" "Turan Tovuz"la qarşılaşır. Görüş saat 16:00-da başlayıb.
Hazırda turnir cədvəlində "Turan Tovuz" 32 xalla 4-cü, "Kəpəz" isə 11 xalla 10-cudur.
Həmçinin bu gün "Neftçi" "Sabah"ı qəbul edəcək.
19 yanvar
16:00. “Kəpəz” – “Turan Tovuz” - 5:2
Qollar: Kristian da Silva, 5 (0:1), Turan Manafov, 17 (1:1), Rəhim Sadıqov, 34 (1:2), Yeqor Xvalko, 42, (2:2), Turan Manafov, 57 (3:2), Mahamadu Ba, 75 (4:2), Karim Lkoça, 90+2 (5:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Tovuz şəhər stadionu