Qara Qarayev: “Dişimizə görə rəqib azdır”

Komanda yoldaşlarımızın iradəsi sayəsində yaxşı oyun göstərib qələbə qazanmağı bacardıq. Çox sevinirik. Qələbənin davamını növbəti ildə də gətirməliyik.

Newsport.az-ın məlumatına görə, bu sözlər millikomandamızın futbolçusu Qara Qarayevə məxsusdur.  Milli komandamız Beynəlxalq yoldaşlıq görüşləri çərçivəsində  Moldova millisinin 2-1 hesabı ilə məğlub edib.
 
"Qarabağ”ın futbolçusu millinin hazırkı durumu barədə müsbət fikirdə olduğunu bildirib: "Bu heyət barədə xoş sözlər demək olar. Komandada istək olduqda hər çeyi etmək mümkündür. Gənc futbolçular olsaq da, yaxşı komanda formalaşdırmaq mümkündür. ”
 
Qara Qarayev "DÇ 2018”in seçmə qrup mərhələsində milli komandamızın şansları barədə danışmağın tez olduğunu bildirib: "Qrupda dişimizə görə, rəqib azdır. İndidən bu barədə danımaq biraz tezdir. Ən əsası qələbələri sıralamalıyıq. Bundan sonra istənilən nəticə bizi özü qarşılayacaq.”
Qeyd edək ki, Azərbaycan millisi növbəti seçmə tsikldə Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə eyni qrupa düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right