"Kəpəz" - "Turan Tovuz" oyununun köməkçi hakimi dəyişib

Misli Premyer Liqasının XIX turu çərçivəsində yanvarın 19-da keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.

Newsport.az-ın məlumatına görə, köməkçi hakim Kamran Bayramovun səhhətində problem yarandığı üçün onu Şirmamed Mamedov əvəz edib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması 19 yanvar tarixində saat 16:00-da Tovuz şəhər stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right