"Səbail" Sumqayıtdan 3 xalla qayıdır Yenilənib

Misli Premyer Liqasında 19-cu turun matçları davam edir.

Newsport.az xəbər verir ki, bu gün keçirilən ikinci oyunda “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Sumqayıt klubu 20 xalla turnir cədvəlində altıncı, paytaxt təmsilçisi isə 12 xalla sonuncu pillədən qurtulub və ən azı sabaha qədər 9-cu yerdə qərarlaşıb. 

Bu qələbə ilə "Səbail" 9 oyunluq qələbəsizlik seriyasına son qoyub. 

Qeyd edək ki, günün ilk oyununda “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.  

18 yanvar

18:30. “Sumqayıt” - “Səbail” - 0:2

Qollar: Rüfət Abdullazadə, 48, 79
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Teymur Teymurov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right