"Zirə" "Araz-Naxçıvan"ı məğlub etdi Yenilənib

Misli Premyer Liqasında 19-cu turun matçları davam edir.

Newsport.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşmadan 1-i keçirilib. 

Əvvəlcə “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, Naxçıvan klubu 39 xalla turnir cədvəlində ikinci yerdədir. Qəsəbə təmsilçisi isə 33 xalla ən azı sabahkı "Kəpəz" - "Turan Tovuz" matçına qədər 3-cü yerə yüksəlib.  

Günün ikinci oyununda “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edəcək. 

18 yanvar

16:00. “Zirə” - “Araz-Naxçıvan” - 1:0 

Qol: İsmayıl İbrahimli, 4
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Şirmamed Mamedov
Zirə İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right