"Qarabağ" "Şamaxı"ya qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 25 günlük qış fasiləsi başa çatıb. 

Newsport.az xəbər verir ki, bununla da çempionatın ikinci - həlledici hissəsi start götürüb.

19-cu turun ilk oyun günündə 1 matç keçirilib.

2025-ci ilin ilk oyununda lider "Qarabağ" 7-ci yerdəki "Şamaxı"nı qəbul edib. Oyun Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Bu komandalar arasında cari mövsümün əvvəlki görüşlərində Ağdam təmsilçisi 1:0 və 3:0 hesablı qələbələr qazanıb.

17 yanvar

19:00. “Qarabağ” – “Şamaxı” - 3:2

Qol: Nəriman Axundzadə, 4 (1:0), Belajdi Pusi, 14 (1:1), Aleksey Kaşuk, 29 (2:1), Brahim Konate, 39 (2:2), Cəlal Hüseynov, 71 - avtoqol (3:2)

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Eyyub İbrahimov.

Tofiq Bəhramov adına Respublika stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right