Bakıda Moldova ilə keçirilən yoxlama oyunu ümumilikdə 6 futbolçunun Azərbaycan millisində debütü ilə yadda qalıb.
Newsport.az-ın məlumatına görə, start heyətində meydana çıxan Rəhman Hacıyevlə Pavel Paşayev, həmçinin sonradan meydana daxil olan Aqil Məmmədov, Elşən Rzazadə, Ürfan Abbasov və Rəşad Eyyubov karyeralarında ilk dəfə ölkəmizin əsas yığmasında forma geyib.
Bununla da millidə oynamış futbolçuların sayı 210-a çatıb. Moldova ilə görüşədək baş tutan 218 qarşılaşmada 204 oyunçu meydana çıxmışdı.
Robert Prosineçkinin baş məşqçi olduğu 2015-ci ildəki 8 qarşılaşmada bunadək 8 oyunçu – Namiq Ələsgərov, Eddi İsrafilov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov, Məhəmməd Mirzəbəyov, Coşqun Diniyev, Cavid Tağıyev, Elnur Cəfərov debüt etmişdi.
Qeyd edək ki, millinin rekordçusu Rəşad Sadıqovdu. Onun hesabında 101 oyun var.