Rus futbolçu "Turan Tovuz"a ruhdan düşdüyünə görə gəlib

Mahaçqala "Dinamo" klubunun prezidenti Hacı Hacıyev klubun yarımmüdafiəçisi Anton Kraçkovskini Azərbaycan təmsilçisi "Turan Tovuz"a icarəyə vermək qərarı barədə danışıb.

Newsport.az xəbər verir ki, H.Hacıyev Rusiyanın championat.com saytına açıqlamasında deyib:

"Kraçkovskinin icarəsi ilə bağlı "Turan"la çox tez razılaşdıq. O, Kurban Bekieviçin (hazırda "Turan Tovuz"un baş məşqçis olan Kurban Berdıyev - red.) çalışdırdığı "Kayrat"dan Mahaçqalaya gəlmişdi. Kraçkovski Berdıyevə böyük hörmət bəsləyən futbolçudur. Məşqçi komandamızı tərk edəndə Anton ruhdan düşdü. O, məşqçisinin yanına getmək istəyirdi, biz də mane olmadıq. Əgər insan getmək istəyirsə, onun qarşısına sədd çəkməmək lazımdır".

Qeyd edək ki, 22 yaşlı rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski bugünlərdə icarə əsasında cari mövsümün sonunadək "Turan Tovuz"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right