“Sabah” maddi problemlərlə üz-üzə Akademiyaya regionlardan gələnlər göndərilir+ÖZƏL

Azərbaycan futbolunda öncül akademiyalardan sayılan “Sabah” futbol akademiyası artıq çətin vəziyyətə düşüb. Newsport.az-ın əldə etdiyi məlumata görə, akademiya maddi problemlər məngənəsindədir. 
 
Belə ki, bu klub regionlarda olan istedadlı gəncləri akademiyasına toplayaraq onlara yaxşı şərait yaratmağa çalışırdı. Bölgələrdən gələn azyaşlı futbolçular evlə, qida ilə, maddiyatla təmin olunurdu. 
 
Lakin 2025-ci il onlar üçün heç də yaxşı başlamayıb. Akdemiya rəhbərliyi azyaşlı futbolçulara artıq ev, qida və maddiyatla təmin olunmayacağını bildirib. Onlara “kim öz hesabına Bakıda qala bilirsə, qalsın. Qala bilməyənlər öz bölgəsinə dönə bilər” deyilib. 
 
Görünür ki, “Sabah” akademiyası çətin durumdadır. Artıq klub maddi çətinliklərlə üz-üzədir. 
 
Əslində, “Sabah”ın hansısa problemlərlə üz-üzə qaldığını əsas komandadan da görmək olar. Belə ki, klub qış “transfer pəncərəsi”ndə heyətini gücləndirə bilməyib. 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right