Rahid Əmirquliyev:"Millimiz qələbəyə layiq oynadı"

"Pis oyun sərgiləmədik. Qələbəyə layiq idik. Şadam ki, ilin son oyununda qalib gəldik. Öz səhvimizdən qol buraxsaq da, ikinci yarıda bu səhvimizi düzəltdik və qələbə qazandıq".

Newsport.az saytına açıqlamasında o,  bu sözlər milli komandamızın futbolçusu Rahid Əmirquliyevə məxsusdur. 

Moldova ilə matça milli komandamızı ilk dəfə kapitan kimi meydana çıxaran futbolçu oyundan sonra fikirlərini jurnalistlərlə bölüşüb: "Çətin oyun alındı. İlk hissədən sonra biraz yorğunluq var idi. Buna görə,müəyyən qədər arxaya çəkilmişdik. Lakin çoxlu qol imkanları yaratdıq. Bu da qələbənin əsas memarı oldu.”
Yarımmüdafiəçi millini kapitan kimi meydana çıxarmasına da münasibət bildirib: "Burada qeyri-adi bir hiss yoxdu. "Xəzər Lənkəran”da da  kapitanam. Bundan əvvəl necə oynayırdımsa elə də davam edəcəm. Kimin kapitan olmasınıno qədər də önəmi yoxdur.”
 
Rahid 2015-ci ilin millimiz üçün uğurlu olduğunu da bildirib: "İlk olaraq seçmə mərhələyə 4 məğlubiyyətlə başladıq. Məşqçidəyişikliyindən sonra millinin oyunlarını uğurlu hesab edirəm. Təkcə Bolqarıstan məğlubiyyəti bizim üçün uğursuz oldu. Qarşıdakı oyunalrmızdadaha uğurlu çıxış etməyə çalışacağıq. ”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right