“Neftçi”nin maraqlandığı hücumçu “Qarabağ”ın gündəmində

“Qarabağ”ın maraq dairəsinə düşən daha bir futbolçu bəlli olub. Newsport.az Polşa mətbuatına istinadən xəbər verir ki Ağdam klubu bu ölkənin “Motor” komandasının hücumçusu Samuel Mrazı istəyir.

Azərbaycan çempionu 27 yaşlı forvard uğrunda əzəli rəqibi “Neftçi”yə rəqib olub. Çünki “ağ-qaralar” da bir müddətdi Mrazı heyətinə qatmağı hədəfləyir.

Qeyd edək ki, Slovakiya millisinin sabiq üzvünün “Motor”la müqaviləsi yaya qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right