“Qarabağ”ın istədiyi rumıniyalı

Rumıniyanın “Hermannstadt” klubunun hücumçusu Yanis Stoyka karyerasını Azərbaycanda davam etdirə bilər. Newsport.az xəbər verir ki, 22 yaşlı futbolçu “Qarabağ”ın maraq dairəsindədir.

Rumıniya mətbuatının məlumatına görə, Ağdam təmsilçisi ilə yanaşı, Kiyev “Dinamo”su da Stoykanı heyətinə cəlb etmək fikrindədi. Hazırda hər iki klubla danışıqların aparıldığı bildirilib.

Qeyd edək ki, Yanis Stoykanın “Hermannstadt”la müqaviləsi 2027-ci ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right