"Turan Tovuz" Antalyada ikinci oyuna çıxır

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ikinci yoxlama oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, bölgə təmsilçisi Özbəkistanın yüksək liqasında mübarizə aparan "Paxtakor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq 

"Turan Tovuz" hazırda Misli Premyer Liqasında 32 xalla 3-cüdür. "Paxtakor" isə ölkə çempionatında 38 xalla 6-cı yeri tutur.

Qeyd edək ki, "Turan Tovuz" Antalyada ilk yoxlama oyununda "Qloriya Bizau" (Rumıniya) ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right