2015-ci ilin son oyununda Azərbaycan milli komandası Moldova yığmasını qəbul edir.
Newsport.az saytının məlumatına görə, hal-hazırda Bakı Olimpiya stadionunda davam edən oyunda milli komandamızın heyətində növbəti debüt rəsmiləşib.
Belə ki, Robert Prosineçkinin gəlişindən sonra mütəmadi olaraq milli komandamızın heyətinə cəlb olunan Pavel Paşayev milli komandamızın heyətində ilk rəsmi oyununa çıxıb.
Qeyd edək ki, Paşayev Ukraynanın "Metallurq” klubunda forma geyinir.